12px13px15px17px
Tarix:28/02/15

“5G” rabitə şəbəkəsində sürət 1 TB/san-dək artırılıb

Britaniyanın Surrey Universitetinin tədqiqatçılar qrupu simsiz şəbəkələr üçün məlumatların ötürülməsi üzrə rekord göstəriciyə nail olub. “5G” rabitə standartı üzərində işləyən tədqiqatçılar 1 TB/san (və ya 125 QB/san) sürətinə nail olublar ki, bu da 3 saniyə ərzində 100 film yükləməyə imkan verir.
 
 
Beləliklə, ötən ilin oktyabrında “Samsung” şirkətinin əvvəlki rekordu yenilənib. O zaman Cənubi Koreya şirkəti “Wi-Fi” texnologiyasını təkmilləşdirib ki, bu da məlumatları 575 MB/san sürətlə ötürməyə imkan verib. Yəni Britaniya istehsalçılarının indiki nailiyyəti “Samsung”un göstəricisini 200 dəfədən çox, “4G” rabitə şəbəkələrində məlumatların ötürülməsinin orta sürətini 65 min dəfə ötüb.
 
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “5G” rabitə şəbəkələrinin kommersiya istismarı 2020-ci ilə proqnozlaşdırılır. Amma Surrey Universitetinin alimləri artıq 2018-ci ildən ictimai yerlərdə sözügedən texnologiyanın sınaqlarına başlamaq istəyirlər. Yeni standartın tətbiqi, məsələn, bir saniyə ərzində 30 film yükləməyə imkan verəcək.
 
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024