12px13px15px17px
Tarix:02/03/15

Dövlət Radiotezliklər İdarəsi “2G”, “3G” və LTE şəbəkələrini test edəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezlik İdarəsi Bakı və Mingəçevir şəhərlərində mobil operatorların şəbəkələrində test işlərinin aparılmasına başlayır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mobil şəbəkələrdə bütün parametrlər üzrə ((2G, 3G və UG (LTE)) vacib efir proqramlarında test işlərinin aparılması ilə yanaşı, DRİ-nin yerləşdiyi inzibati binanın arxa təxliyə pilləkən qəfəsəsində təmir işlərinin,  DRİ-nin yerləşdiyi III və VI mərtəbələrində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
 
Bununla yanaşı, Gəncə ERNM-nin yeni tikilmiş inzibati binasına gedən yolun çəkilməsi, 60 kompüterlik ofis proqram təminatının tətbiqi, Mehdiabad qəsəbəsində ERNM-nin binasının havalandırma sisteminin quraşdırılması və digər işlərin görülməsi "Mədəniyyət+" İctimai Birliyinə avadanlıq və digər materialların alınması Azərbaycanda rus icması təşkilatına avadanlıqların, kompüter və digər avadanlıqların alınması planlaşdırılır.
 
DRİ həmçinin, Masallı ERNM-in tikilməsi mebel və digər ləvazimatların alınması Radio-rele xətlərinin texniki parametrlərinin (tezlik, tezlik zolağı və siqnalın səviyyəsi) məsafədən yoxlanılması üçün müvafiq spektral analizator və antena dəstinin alınması cari ildə istehsalat zərurəti yarandığı halda digər işlərin görülməsi və ləvazimatların alınması nəzərdə tutub.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024