12px13px15px17px
Tarix:02/03/15

Əli Həsənov: “Ölkədə internet azadlığının olması sosial medianın genişlənməsinə şərait yaradır”

“Azərbaycanda internetə giriş tam sərbəstdir. Ölkədə internet azadlığının olması isə sosial medianın daha da genişlənməsinə və sürətlə inkişaf etməsinə şərait yaradır”.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə söyləyib.
 
Ə.Həsənov bildirib ki, Azərbaycan əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Onun sözlərinə görə, internet istifadəçilərinin çoxluğu onlayn media oxucularının sayının artmasına da təsir edir.
 
 
Azərbaycanın, Şərqlə Qərbin qovuşduğu, müsəlman Şərqində 97 il əvvəl ilk parlamentli respublika quran, 140 il əvvəl Şərqdə ilk qəzet buraxan ölkə olduğunu önə çəkən şöbə müdiri qeyd edib ki, ölkəmizdə yaranan demokratik respublika 95 il əvvəl Sovet Rusiyası tərəfindən işğal olunub. Ə.Həsənov sovet dövründə də Azərbaycanda jurnalistika ənənəsinin inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını vurğulayıb:
 
 “1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli KİV qlobal informasiya məkanına inteqrasiya etməyə başladı, ölkədə azad media formalaşdı. 2008-ci ildə qəbul edilən KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası çərçivəsində Azərbaycanda azad, demokratik mətbuatın formalaşdırılması istiqamətində ardıcıl iş aparılır. Hazırda Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var”.
 
 
SEYMUR



Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024