12px13px15px17px
Tarix:03/03/15

Koreyanın İKT-nin maliyyə həlləri üzrə ixtisaslaşmış şirkəti “Koscom” Azərbaycanda böyük layihənin icrasına başlayacaq

Koreyanın informasiya-kommunikasiya texnologiyalarının maliyyə həlləri üzrə ixtisaslaşmış şirkəti olan “Koscom” Azərbaycanda böyük bir layihənin icrasına başlayacaq.
 
 “ICTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə Koreyanın Azərbaycandakı səlahiyyətli səfiri Çoi Suk İn “Rabitə dünyası” qəzetinə verdiyi eksklüziv müsahibəsində söyləyib.
 
Səfir vurğulayıb ki, adıçəkilən şirkət cari ildən etibarən ölkəmizdə yeni kapital bazarlarının məlumat sistemləri layihəsini həyata keçirəcək:
 
 “Yeri gəlmişkən bildirim ki, Azərbaycanda Koreya şirkətləri mühüm layihələr həyata keçirirlər. Koreyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində ən böyük şirkətlərindən biri olan “SK C&C” şirkətinin Bakıda ofisi yerləşir və şirkət İntellektual Nəqliyyat Sisteminin uğurlu icrası əsasında müxtəlif xidmətlər təklif edir. Koreyanın paytaxtı Seulda yerləşən İKT şirkətlərinin çoxsaylı nümayəndələri ölkələrimiz arasında İKT sahəsində müxtəlif layihələr həyata keçirmək məqsədilə Azərbaycana səfər edirlər. Daha çox Koreya şirkətlərinin İKT sahəsində müştərək məqsədlərimizin reallaşmasına töhfə vermək məqsədilə Azərbaycana gələcəklərinə ümid edirəm”.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1062

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024