12px13px15px17px
Tarix:03/03/15

Yaponiya beynəlxalq kommersiya kosmik buraxılışlar bazarında iştirakını genişləndirir

Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd.” korporasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilə meteoroloji peykin buraxılışına dair saziş imzalayıb. “Kharifasat” adlanan aparatın 2017-ci ildə Yaponiyanın cənubundakı Taneqasima kosmodromundan buraxılması nəzərdə tutulur.
 
BƏƏ peykinin buraxılması Yaponiya üçün artıq üçüncü kosmik start olacaq. Ölkə dünyanın aparıcı kosmik dövlətləri klubuna daxil olmağa çalışır. 2012-ci ildə yaponiyalı mütəxəssislər “H-2A” raketdaşıyıcısı vasitəsilə Cənubi Koreyanın “Ariran-3” müşahidə peykini orbitə çıxarıblar. Bu il üçün Kanadanın “Telstar 12” meteoroloji peykinin analoji raketdaşıyıcısı ilə buraxılışı planlaşdırılır.  
 
Hazırda peyklərin kommersiya buraxılışının 80 faizini Rusiya və Avropa İttifaqı həyata keçirir. Yaponiyanın “H-2A” raketdaşıyıcısı mövcud analoqlarından 95 faiz yüksək etibarlığı ilə seçilir. Belə ki, 27 buraxılışdan yalnız biri uğursuz olub. Bununla belə, Yaponiyanın imkanları raket buraxılışlarının çox baha olmasına (hər raket buraxılışının dəyəri 85 milyon dollara yaxındır) görə məhduddur. Hazırda “Mitsubishi Heavy Industries Ltd.” raketdaşıyıcısının buraxılışı iki dəfə ucuz olacaq yeni versiyasını hazırlayır. “H-3” adlandırılacaq yeni nəsil raketin ilk startının 2020-ci ildə baş tutacağı gözlənilir, - “TASS yazır.



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024