12px13px15px17px
Tarix:03/03/15

Böyük Britaniya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq üzrə perspektiv planlar müzakirə edilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya (BB) Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi, BB parlamentinin üzvü Çarls Hendri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.
 
Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir BB-nin ən böyük telekommunikasiya şirkəti "British Telecom"la qurulan əlaqələrdən söz açaraq, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətlinin fəaliyyətə başladığını vurğulayıb.
 
 
Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
 
 
Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb. BB-nin peyk layihələrində iştirakı, xüsusən "Inmarsat" peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.
 
Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan "Bakutel"- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Ç.Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox şirkətlərin çəlb ediləcəyini qeyd edib.
 
 
Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.
 



Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye