12px13px15px17px
Tarix:04/03/15

Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyi münasibətilə yeni sayt yaradılıb

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) yeni onlayn platforma yaradaraq informasiya kampaniyasına başlayır. Yeni sayt (www.itu150.org) BTİ-nin bu il qeyd olunan 150 illiyi münasibətilə nailiyyətlərini və hazırkı fəaliyyətini işıqlandırmaq məqsədilə yaradılıb.
 
Saytda BTİ-nin yarandığı 17 may 1865-ci ildən indiyədək tarixində baş verən əsas informasiya-kommunikasiya texnologiyaları (İKT) tarixinə interaktiv ekskursiya etmək mümkün olacaq.
 
İnteraktiv xəritə dünyada təşkil edilən bütün fəaliyyət növlərinə çıxışı təmin edir. Hazırda 30 ölkədə planlaşdırılan 60 fəaliyyət növü təqdim olunub, yeni fəaliyyət növlərinin isə 2015-ci ilin sonunadək təqdim edilərək qəbul olunması gözlənilir. Bildirilir ki, təqdimatlar arasında sərgilər, müsabiqələr, nəşrlər, məqalələr, praktikum seminarlar, saytlar və s. yer alacaq.
 
Cari ilin hər ayında İKT ilə bağlı ayrıca mövzu seçiləcək və iştirakçılar öz fəaliyyətlərini xüsusi maraq doğuran mövzu ilə əlaqələndirə biləcəklər. Bundan başqa, BTİ ayrılan bu və ya digər mövzuya aidiyyəti olan tərəfdaş təşkilatlarla aparılan işi işıqlandıracaq.  
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır, - “ITU” yazır.
 
 



Baxış sayı: 264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik