12px13px15px17px
Tarix:07/09/11

“Elektron imza”nın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini, Əlaqələndirmə Şurasının sədri İltimas Məmmədov iştirak edəcək.

Tədbirdə ölkədə elektron imza sisteminin tətbiqi ilə bağlı görülmüş işlər, o cümlədən bu sahədə qəbul olunmuş qanunvericilik aktları haqqında geniş məlumat veriləcək.

Qeyd edək ki, elektron imza infrastrukturu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi tender əsasında yerli “Ultra”, “Azerin” şirkətləri və “Microsoft” korporasiyasının ölkə nümayəndəliyindən ibarət konsorsium tərəfindən qurulub.

Tədbir zamanı iştirakçılar elektron imzanın yaradılma prosesi ilə əyani şəkildə tanış olacaqlar. İştirakçılara sertifikatların parametrləri, onların təhlükəsizliyi, e-imzanın əldə olunması və istifadəsi üçün lazımi prosedurlar, xüsusi olaraq yaradılmış www.e-imza.az saytı haqqında geniş məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.



Baxış sayı: 2325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024