12px13px15px17px
Tarix:07/09/11

Azərbaycan RRB və ÜPİ-nin regional konfransında təmsil olunur

Ukraynanın paytaxtı Kiyev şəhərində Regional Rabitə Birliyinin (RRB) poçt rabitəsi üzrə Komissiyasının və Ümumdünya Poçt İttifaqının (ÜPİ) regional konfransı keçirilir.

Sentyabrın 8-dək davam edəcək toplantıda ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov və “Azərpoçt” MMC-nin baş direktor müavini Sübhan Kazımov təmsil edir.

Bu tədbirdə MDB ölkələrinin Poçt Operatorları ilə yanaşı, ÜPİ-nin, RRB-nin, bir sıra Avropa ölkələrinin poçt operatorlarının və bir neçə beynəlxalq poçt təşkilatının nümayəndələrinin iştirakı gözlənilir.

Xüsusi əhəmiyyət kəsb edən toplantıda N.Məmmədov “Azərbaycanda Maliyyə xidmətlərinin inkişafı layihəsi” və S.Kazımov “Azərbaycanda kompleks poçt islahatları və inkişaf planı” mövzusunda məruzə ilə çıxış edəcəklər.



Baxış sayı: 2028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024