12px13px15px17px
Tarix:05/03/15

“Kantar”: “Apple” Avropada iştirakını genişləndirir

“Kantar Worldpanel” tədqiqat şirkətinin hesabatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” qurğularının uğurlu satışı fonunda Avropanın böyük ölkələrinin bazarında “iOS” platformasının bazar payı artmağa davam edir.
 
“Kantar” tədqiqat şirkəti 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarına olan dövrdə Avropada mobil əməliyyat sisteminin yayılmasını göstərən hesabat dərc edib. Bu informasiya satılmış qurğuların həcminə əsaslanır.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, satılmış “Android” smartfonların payı 67,2 faiz təşkil edib ki, bu da bir il əvvəl müvafiq dövrlə müqayisədə 2.3 faiz aşağıdır. “iOS” mobil platforması, əksinə, 3,2 faizlik artım göstərib. “Windows Phone” platforması öz mövqeyini yaxşılaşdırıb: bazar payı 9,6 faizə (ötən il 9.4 faiz olub) çatıb. Lakin “Microsoft”un mobil platforması əvvəlki kimi ən yaxın rəqibdən iki dəfə geri qalır.
 
Tədqiqatın nəticələrinə əsasən, “iOS” mobil platformasının bazar payı üzrə ən böyük artım Böyük Britaniya (+11,4 faiz) və İtaliyada (+5,7 faiz) qeydə alınıb, yalnız Yaponiya (–7,3 faiz) və Fransada (-2 faiz) azalma olub. “Android” mobil platformasının bazar payı üzrə ən böyük artım Yaponiyada (+5,8 faiz), nəzərəçarpacaq azalma Avstraliyada (-10,8 faiz) qeydə alınıb.
 
Yaponiya yeganə ölkədir ki, “iOS” platforması “Android”i ötür. Çində “iOS” mobil sisteminin bazar payı 25 faizədək artıb.
 
Emil Hüseynov



Baxış sayı: 362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020