12px13px15px17px
Tarix:06/03/15

Ekspertlər “5G” rabitə texnologiyası ilə bağlı proqnoz veriblər

Beşinci nəsil (5G) mobil şəbəkələri insanları əhatə edən bütün əşyaların internetə qoşulmasına imkan verəcək.
 
Barselonada keçirilmiş Ümumdünya Mobil Konqresində ən böyük telekommunikasiya şirkətlərinin nümayəndələri beşinci nəsil mobil şəbəkə ilə bağlı öz fikirlərini  bölüşüblər. 2020-ci ildə “5G” rabitə texnologiyasının ilk kommersiya şəbəkələri istismara verilməlidir. Ancaq “KT Corporation” telekommunikasiya şirkətinin nümayəndəsi 2018-ci ildə Koreyada keçiriləcək Qış Olimpiya Oyunları çərçivəsində bu texnologiyanın imkanlarını nümayiş etdirməyə söz verib.
 
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, hələ ki “5G” rabitə texnologiyası hazırlanır və telekommunikasiya şirkətlərinin nümayəndələri bununla bağlı dəqiq fikir söyləməkdə çətinlik çəkirlər. Ancaq əksər şirkətlərin nümayəndələri düşünür ki, “5G” rabitə texnologiyası çoxlu sayda qurğuların internetə qoşulmasını təmin etməli olacaq. “Orange Group” telekommunikasiya şirkətinin proqnozuna görə, bu göstərici 50 milyard qurğunu, Çinin “Huawei” şirkəti isə 100 milyard qurğunu əhatə edəcəyini proqnozlaşdırıb.
 
“Orange” şirkətinin direktoru Stefan Rişar bildirib ki, indi internetə qoşulmuş müxtəlif qurğuları (məsələn, “ağıllı” saatlar, fitness bilərzik və sairə) ifadə edən "əşyaların interneti" (“Internet of Things”, “IoT”) anlayışı "bütöv internet" anlayışına çevriləcək. Məsələn, 2020-ci ildə avtomatik idarəetməyə malik avtomobillər, “3D” məzmun və holoqramlar, istənilən an istənilən məkanda videokonfrans təşkil etmək imkanı mümkün olacaq – “KT” direktorlar şurasının sədri Xvan Çan Qu proqnozlaşdırıb. Cənab Rişarın fikrincə, “5G” "yaşıl" texnologiya olacaq, elektrik sərfiyyatına və başqa xərclərə qənaət etməyə imkan verəcək.
 
“Huawei” şirkətinin baş direktoru Ken Xunun proqnozuna görə, “5G” tezlik spektrinin daha səmərəli istifadəsini, məlumatların daha yüksək sürətlə ötürülməsini təmin edəcək. Onun  proqnozuna görə, “5G” rabitə şəbəkəsində maksimal sürət 10 Qbit/s-yə çatacaq, halbuki “4G” rabitə şəbəkəsində bu göstərici 150 Mbit/s təşkil edir. Bu, 8 QB tutumunda “HD” formatlı filmi 6 saniyə ərzində yükləməyə imkan verəcək. “4G” rabitə şəbəkəsində bu göstərici 7 dəqiqədir. Belə sürət, öz növbəsində, mobil səhiyyə sahəsi üçün yeni imkanlar yaradacaq. Ekspertlər hesab edirlər ki, “5G” rabitə texnologiyası sayəsində yeni biznes modelləri və sənayelər yaranacaq.
 
Bu halda telekommunikasiya şirkətlərinin nümayəndələri hesab edirlər ki, “5G” rabitə texnologiyasının hazırlanması zamanı səyləri, həmçinin investisiya imkanlarını birləşdirmək lazımdır. “Qualcomm Incorporated”in (mobil prosessorlar istehsal edir) direktoru Stiv Mollenkopf  2015-2020-ci illərdə “5G” rabitə texnologiyasına investisiyaların ümumi dəyərini 4 trilyon dollar məbləğində qiymətləndiriblər.
 
“GSM” (“GSMA”) Assosiasiyasının proqnozuna görə, 2020-ci ildə unikal mobil abunəçilərin sayı 4,6 milyard nəfərədək yüksələcək, 2014-cü ildə bu göstərici 3,6 milyard olub. Aktiv “SİM” kartların sayı 9 milyarda çatmalıdır.
 
Emil Hüseynov



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024