12px13px15px17px
Tarix:08/06/11

Yeni ``Nar Dünyası``

Bakı şəhərində (Bakıxanov qəs. Gənclik küç. 27) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış ``Nar Dünyası`` satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.
Açılış mərasimi zamanı, “Nar Dünyası” satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış olublar.
Nar Mobile tərəfindən təqdim edilən yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri hal-hazırda Bakı şəhəri, Gəncə, Bərdə, Zaqatala, Tovuz və Səlyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.



Baxış sayı: 1330

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024