12px13px15px17px
Tarix:10/03/15

“Wi-Fi” və “LTE” yeni tip simsiz şəbəkələrdə birləşdiriləcək

“Alcatel-Lucent” şirkəti mobil texnologiyaların "Wi-Fi” şəbəkəsi ilə sıx əlaqədə işləyəcək “Unifikasiya edilmiş simsiz şəbəkələr” (Wireless Unified Networks) strategiyasının tətbiqinə başlayıb.

Bununla şirkət şəbəkələrin buraxılış qabiliyyətini kəskin yüksəltmək, səs və məlumatların ötürülmə keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsinin pis olduğu regionlarda videotrafikdən istifadəni artırmaq niyyətindədir.  
 
Yeni hibrid yanaşma operatorlara mobil və “Wi-Fi” şəbəkələri istifadəsi hər yerdə - evdə, ofisdə, küçədə, binalarda mümkün olan unifikasiya edilmiş bir şəbəkədə birləşdirməyə imkan verəcək. Nəticədə operatorlar son istifadəçilərin qoşulma üsulundan asılı olmayaraq daha sürətli və mühafizəli şəbəkələr qura biləcəklər.
 
“Alcatel-Lucent” şirkətinin vitse-prezidenti Mayk Şabel deyib ki, istehlakçı baxımından bütün bunlar hamısı sadəcə simsiz şəbəkə olmalıdır. Unifikasiya edilmiş simsiz şəbəkələr artıq mövcud olan “Wi-Fi” və mobil şəbəkələr sayəsində mühüm addım atmağa və istifadəçilərə evdə, işdə və dolmuş şəbəkələrdə işini köklü şəkildə dəyişməyə imkan verərək onları yüksək məhsuldarlığa malik vahid şəbəkədə birləşdirəcək.
 
Şirkət “LTE” şəbəkəsindən və lisenziyalaşdırılmamış tezliklərdən istifadə edəcək, -  “Telekomza” yazır.



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024