12px13px15px17px
Tarix:14/03/15

“Microsoft”: “Azərbaycanın İT bazarında “IBM” şirkətinin aktivləşməsi istehlakçıların xeyrinədir”

 “Microsoft” şirkəti Azərbaycan bazarında daha bir İT şirkətinin nümayəndəliyinin açılmasının nəticə etibarı ilə istehlakçılar üçün xeyirli olduğunu hesab edir.

“Microsoft Azərbaycan”ın rəhbəri Rüfət Hacıəlibəyovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu yaxınlarda Bakıda nümayəndəliyi  açılan “IBM” şirkətinin yerlı bazarda aktiv fəaliyyətə başlaması istehlakçılara və ümumilikdə bazara müsbət təsir göstərəcək.
 
“Əlbəttə ki, “IBM” şirkəti bizim rəqibimizdir, amma biz yerli bazarın müəyyən seqmentlərində mehriban şəkildə fəaliyyət göstərə bilərik. Nəzərə alsaq ki, hər iki şirkət bulud texnologiyalarını təqdim edir, bu, rəqabət üçün əsas yaradacaq, lakin bunun müsbət tərəfləri də var. Biz çalışacağıq daha maraqlı, sərfəli və uyğun qiymətdə məhsullar və həllər təqdim edək və sonda bazarda çeşid artacaq. Beləliklə, istehlakçılar imkanlarına və tələblərinə uyğun məhsul almaq imkanı əldə edəcəklər”, - deyə o qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024