12px13px15px17px
Tarix:14/03/15

Ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi martın sonunda başa çatır

“Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları “Şagird-məzun” sisteminə əlavə edərək, təsdiqlənməsini təmin etməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından qeyd edilib ki, ümumtəhsil məktəbləri buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi prosesi 31.03.2015 tarixində başa çatacaq.
 
Qeyd edək ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanlar TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaya bilərlər.
 
Bunun üçün “www.e-gov.az ” “Elektron hökumət” portalına daxil olub, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunan “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” xidməti seçilməlidir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024