12px13px15px17px
Tarix:16/03/15

“LTE” şəbəkəsi yüksək templə yayılır

2014-cü ilin sonunda dünyada "LTE" şəbəkəsinə qoşulmuş abunəçilərin sayı dünyada 140 faiz artaraq 497 milyon nəfərə çatıb; ötən ilin ikinci yarısında sözügedən şəbəkənin artımı "3G" şəbəkəsinin inkişafını ötüb.

Dünyada "LTE" şəbəkə abunəçilərinin sayının artımı ilə bağlı məlumatları Beynəlxalq Mobil Həllər Assosiasiyası ("Global mobile Suppliers Association", "GSA") təqdim edib. Bu informasiya "Ovum Ltd" şirkətinin məlumatına əsaslanır.

"ICTnews" elektron xəbər xidməti "comnews.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin son altı ayında "LTE" abunəçilərinin xalis artımı "3g/wcdma-HSPA" şəbəkələrinə qoşulmuş abunəçilərin sayını 21 faiz ötüb. Ümumilikdə dördüncü nəsil şəbəkəsinə 290 milyon müştəri qoşulub.

"Ötən ilin dördüncü rübündə "LTE" abunəçilərinin sayı 115 faiz artıb. Bu, "3g/wcdma-HSPA" şəbəkələrinə qoşulmuş abunəçilərin sayından 36 faiz yüksəkdir – "GSA"-nın araşdırmalar üzrə vitse-prezidenti Alan Хаdden bildirib. Həmin müddətdə "GSM" şəbəkəsində abunəçilərin sayı 78,5 faiz azalıb. Biz əminik ki, "LTE" mobil texnologiyalar arasında liderliyini davam etdirəcək".

2014-cü ildə Asiya-Sakit Okean regionunda "LTE" qoşulmaların payı 47 faizədək yüksəlib. "LTE" abunəçilərinin sayına görə Şimali Amerika ikinci ən böyük bazardır. Avropada "4G" şəbəkəsi abunəçilərinin sayı 16 faiz təşkil edir.

"LTE şəbəkəsi dünyada sürətlə yayılır – "GSA"-nın prezidenti Co Barrett deyib. 2014-cü ilin dördüncü rübündə "LTE" abunəçilərinin sayı əvvəlki rüblə müqayisədə 45 faiz artıb".

"GSA"-nın proqnozuna görə, 2015-ci ilin sonunadək dünyada ən azı 450 "LTE" şəbəkəsi kommersiya istismarına buraxılacaq. 2014-cü ilin sonunda 364 belə şəbəkə olub.

Emil Hüseynov



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024