12px13px15px17px
Tarix:16/03/15

2015-ci ildə dünya fərdi kompüterlər bazarının həcmi 5 faiz azalacaq

"International Data Corporation" (IDC) analitik şirkətinin proqnozuna görə, 2015-ci ildə dünyada kompüter tədarükünün həcmi 4,9 azalacaq, halbuki əvvəlki proqnoz 3,3 faizə bərabər olub. 2016- 2017-ci illər üçün proqnoz, əksinə, bir qədər artırılıb və dünya fərdi kompüterlər bazarının həcminin minimal artımını nəzərdə tutur.
 
"IDC"-nin proqnozu özünü doğrultsa, 2015-ci ildə istehsalçılar ümumilikdə 293,1 milyon fərdi kompüter və noutbuk buraxacaq. 2019-cu ildə bu göstəricinin 291,4 milyon ədəd təşkil edəcəyi gözlənilir. 2014-cü ildə bazarda pul ifadəsində 0,8 faizlik (201 milyard dollar) azalma qeydə alınıb və bu il daha 6,9 faiz aşağı düşəcək. Mütəxəssislərin proqnozuna görə, dörd ildən sonra qlobal fərdi kompüterlər sahəsində mədaxil 175 milyard dollaradək azalacaq.
 
Kompüter bazarında tələbatla bağlı vəziyyət 2014-cü ilin ikinci yarısında yaxşılaşsa da, bu, qismən pərakəndə satış və distributorların ehtiyatda "Windows 8.1 with Bing" əsaslı çoxlu sistemlər toplaması ilə əlaqədar olub. 
 
Bazara əlavə mənfi təsiri dünyada dolların bahalaşması göstərir. Bu səbəbdən məhsullar ABŞ-dan kənarda bahalaşır.
 
"IDC" mütəxəssislərinin qənaətinə görə, "Microsoft" və "Intel" bazara yeni məhsullar çıxarmayınca, tələbat artmayacaq, - "DailyComm" yazır.



Baxış sayı: 1649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024