12px13px15px17px
Tarix:07/09/11

Taylandda proqramçını “Facebook”da kralı təhqir etdiyi üçün həbs ediblər

Bankok şəhərində yaşayan proqramçı Tayland kralı Pumipona Adulyadetanı “Facebook” sosial şəbəkəsində təhqir etdiyi üçün həbs edilib. Bu barədə “France-Presse” agentliyi xəbər verib.

Tayland qanunlarına əsasən, Suparaku Pxuçaysenqi 15 ilə qədər həbs cəzası gözləyir. Bu, Tayland vətəndaşlarının şəbəkədə ifadə etdikləri siyasi fikirlərinə görə məsuliyyətə cəlb edildiyi ilk belə hadisə deyil.

Belə ki, 2011-ci ilin martında müxalifət resursunun veb-ustası 13 il azadlıqdan məhrum edilib. O, monarxiyanın ünvanına tənqidi fikirlər dərc etmişdi.

Taylandın 83 yaşlı kralı Pumipon Adulyadet ölkədə, sadəcə, mərasim funksiyasını yerinə yetirir, bəzi sakinlər ona Allah kimi hörmət edirlər.

2009-cu ildən Adulyadet pnevmaniyadan əziyyət çəkir və xəstəxanadadır. Kral ailəsinin təhqiri Taylandda ağır cinayət hesab edilir, kralın fəaliyyətinin istənilən tənqidi müzakirəsi ciddi qadağan edilib.



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024