12px13px15px17px
Tarix:16/03/15

Azərbaycanla Çili arasında İKT əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində böyük potensial var

Azərbaycan parlamentinin bir qrup üzvü Çilidə elm və informasiya-kommunikasiya texnologiyaları istiqamətində müzakirələr aparıblar. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN-dən bildirilib ki, Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu adıçəkilən ölkəyə səfərdə olub. Səfər çərçivəsində Azərbaycan parlamentariləri Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşlər keçiriblər.
 
Görüşlərdə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün elm və texnologiyalar, kənd təsərrüfatı, neft və qaz, dağ-mədən sahələrində geniş imkanların mövcudluğu vurğulanıb, bu xüsusda dövlətlərin müvafiq qurumları arasında təmasların gücləndirilməsinin vacibliyi qeyd olunub.
 
 
Əlaqələrin inkişafı üçün iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin, biznes missiyaların təşkili, müqavilə-hüquq bazasının inkişafının əhəmiyyəti də önə çəkilib. Tərəflər iki ölkənin xalqları arasında təmasların yaxınlaşması üçün İKT, turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin təşviqinin vacibliyini bildiriblər. Görüşlərdə, habelə regional məsələlər, Azərbaycan və Çilinin yerləşdiyi bölgələrdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.
 
 
Səfər vaxtı, eyni zamanda Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilib. Tədbirdə Azərbaycanın dövlətçilik ənənələri, son illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlər, regional liderliyi, həyata keçirdiyi strateji enerji və infrastruktur layihələri, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, dünyada sülhün bərqərar olunmasına verdiyi töhfələr, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, münaqişənin yaratdığı humanitar faciə, münaqişənin tezliklə nizamlanmasının regiondakı vəziyyətə göstərəcəyi təsir, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi önəm, Azərbaycanda elm, təhsil, yüksək texnologiyalar sahələrində dövlət siyasəti barədə məlumat verilib.
 
SEYMUR



Baxış sayı: 1543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024