12px13px15px17px
Tarix:17/03/15

Yaponiyada orbital modul təqdim olunub

Yaponiya hökuməti Merkuri planetinə orbital tədqiqat modulu göndərməyi planlaşdırır. Bunda məqsəd Günəşə ən yaxın planetin formalaşması prosesi haqqında məlumat əldə etməkdir. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace exploration Agency - JAXA) nümayəndələrinin məlumatına görə, modul 2016-cı ildə buraxılacaq.
 
Ötən bazar “JAXA”-nın Saqamihara şəhərində yerləşən laboratoriyasında təqdim edilən aparatın uzunluğu 2,4 m, çəkisi 280 kq təşkil edir. Modul maqnit sahəsinin və Merkuri atmosferinin vəziyyətinin tədqiqi üçün beş ötürücü ilə təchiz edilib. Aparat Avropa Kosmik Agentliyinin “BepiColombo” adlanan birgə layihəsinin tərkib hissəsidir. Orbital modulun yaxın vaxtlarda Fransız Qvianasına aparılması, oradan 2016-cı ildə daha bir mini-stansiya ilə birlikdə buraxılması gözlənilir.
 
Yaponiya və Avropa mütəxəssislərinin planına görə, hər iki aparat Merkuri orbitinə 2024-cü ildə çatacaq. Aparatlar planetə 400 km məsafəyədək yaxınlaşa biləcəklər ki, bu da onlara planetin relyefi və səthin mineral tərkibi haqqında informasiya toplamağa imkan verəcək. Dəyəri 125 milyon dollar təşkil edən layihənin başlıca məqsədi Günəş yaxınlığında yerləşən ilk planetin formalaşması və inkişafı prosesi barədə məlumat əldə etməkdir, - “TASSyazır.
 



Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024