12px13px15px17px
Tarix:17/03/15

2017-ci ildə ilk uçan avtomobil satışa çıxarılacaq (FOTO)

Slovakiya istehsalçılarının "Aeromobil" həlli həm avtomobil, həm də şəxsi təyyarə kimi tamamilə funksional olmalıdır.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, uçan maşının son dəyəri hələ ki bilinmir, ancaq istehsalçılar bildirirlər ki, ilk vaxtlar 100 min avrodan aşağı olmayacaq. "Biz ikiölçülü məkandakı trafiki üçölçülü məkana keçirməyə ehtiyac duyuruq" – layihənin yaradıcısı Yuray Vasulik deyib. O əmindir ki, mövcud infrastrukturun çatışmazlıqlarına baxmayaraq, artıq yaxın illərdə uçan avtomobillər bizə adi gələcək.

"Aeromobil"in yaradıcıları bildiriblər ki, Avropa Birliyi hakimiyyəti şirkətə yardım etməyə və yeni ixtiranın istehsalı və azad satışını lisenziyalaşdırmağa hazırdır. Belə avtomobilin uçuşu üçün 200 metr uzunluğunda zolaq kifayətdir.







"Aeromobil" uçan avtomobilində yanacaq qismində adi avtomobil benzinindən istifadə olunacaq. Avtomobil sürmə rejimində saatda 160 kilometrədək (km), uçuş rejimində 200 km-dək sürət yığır. Yerüstü rejimdə 100 kilometrə 8 litr, uçuş rejimində 15 litr benzin işlədir. Əsas çətinlik ondan ibarətdir ki, "Aeromobil" adlı uçan maşını sürmək üçün əksər ölkələrin qanunvericiliyinə görə pilota lisenziya tələb olunur.

Emil Hüseynov
 

 



Baxış sayı: 1759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. 

21/01/21
“Google” servisli ilk “Honor” smartfonu məlum olub

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon”

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021