12px13px15px17px
Tarix:18/03/15

“Facebook” pulköçürmə xidmətini işə salıb

“Facebook” sosial şəbəkəsi martın 17-də pulköçürmə xidmətini istifadəyə verib.
 
 "ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, sözügedən xidmət nəticəsində “Facebook” mobil messencerində istifadəçilər pullarını saxlaya, onları başqa istifadəçilərə göndərə, həmçinin bank kartına köçürə bilərlər.
 
2014-cü il aprelin 13-də “Financial Times” nəşri yazıb ki, sosial şəbəkə bu xidməti işə salmaq üçün İrlandiyanın Mərkəzi Bankı ilə danışıqlar aparıb və o zaman tənzimləyici orqandan icazə alınmasına yaxın idi.
 
Bir neçə ay sonra “Facebook”un köməyi ilə pulköçürməsi ABŞ-da əlçatan olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024