12px13px15px17px
Tarix:18/03/15

XİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi son günlər sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı yayılan informasiyalara münasibət bildirib.
 
“ICTnews” elektron xəbər xidməti bildirir ki, XİN-in sözçüsü Hikmət Hacıyev həm ölkəmizdə, həm də ölkəmizdən kənar sosial şəbəkə istifadəçilərinin rastlaşdığı anlaşılmazlığa işıq tutub. O qeyd edib ki, “Facebook”, “Tvitter” kimi bəzi sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ”  göstərildiyi barəsində məlumat verili. “Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib” – deyən H.Hacıyevin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyindən daxil olan notada Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur. E.B.Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılan məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır.
 
 
Notada həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunan Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir.
 
Notada E.B.Arzanqulyanın müəyyən edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir.
 
SEYMUR



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024