12px13px15px17px
Tarix:18/03/15

“Windows 10” əməliyyat sistemi yayda əlçatan olacaq

"Microsoft" korporasiyasının nümayəndəsi bildirib ki, "Windows 10" əməliyyat sistemi 2015-ci ilin yayında buraxılacaq.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, şirkətin vitse-prezidenti Terri Mayerson tərəfindən dərc edilmiş məlumata əsasən, "Windows 10" platformasının yekun versiyasının çıxarılma tarixi dəqiq bilinmir, ancaq məlumdur ki, sistem 190 ölkədə və 111 dildə əlçatan olacaq.

Mayerson, həmçinin Çin bazarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, "Microsoft" korporasiyası "Tencent" və "Lenovo" şirkətləri ilə imzaladığı razılaşmaya əsasən, lisenziyalı və pirat surətlərinin sahiblərinə ƏS-nin yeni versiyasına ödənişsiz keçməyə imkan verəcək.

Xatırladaq ki, cari il yanvarın sonunda "Windows 10" sisteminin ilk böyük təqdimatı keçirilib. Əməliyyat sisteminin yeni versiyası virtual iş masalarını dəstəkləyir və yeni "Başlat" düyməsinə malik olacaq. Bundan başqa, istifadəçilər "Cortana" səs köməkçisi və "Internet Explorer" brauzerini əvəz edəcək "Spartan" kod adlı brauzerdən istifadə imkanına malik olacaqlar.

Emil Hüseynov
 



Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024