12px13px15px17px
Tarix:18/03/15

“Delta Telekom LTD” MMM -dən müştərilərə Novruz hədiyyəsi


 Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəflərindən biri də innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Azərbaycan hökumətinin yeni iqtisadi strategiyasının əsas məqsədlərindən biri ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişafın davam etdirilməsidir.
 
 İnformasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf tempinin saxlanılması, bu sahədə infrastrukturun, İT xidmətlərin  təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin İT xidmətlərinə əlçatanlığının təmin edilməsi prinsipial vəzifələr kimi qarşıda durur.
 
Son illər Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasına nail olunması, iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır. İT xidmətlər sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olaraq “Delta Telekom LTD” MMM informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişafın davam etdirilməsinə, sahibkarlıq subyektləri üçün İT xidmətlərinin əlçatanlığına nail olunmasına töhfə verilməsi, öz müştərilərinə daha keyfiyyətli və ucuz qiymətlər əsasında internet təqdim etmək məqsədilə Novruz bayramı ərəfəsində növbəti endirim aksiyası elan edir.
 
Yeni aksiyanın əsas məqsədi keyfiyyəti yüksəltməklə qiymətlərin aşağı salınmasıdır.
 
Bu  aksiya çərçivəsində “Delta Telekom LTD” MMM  internet aylıq xidmət haqqını 10%-dən – 30%-dək artıran müştərilərinə hər 1Mbit/saniyənin qiymətinə artım faizinə proporsional olaraq 10%-dən-30%dək güzəştlər tətbiq edir. Güzəştlər yalnız 1 ay ərzində müraciət edən müştərilərimizə aid ediləcək. Milli valyutanın dollara nisbətən ucuzlaşmasından  istifadə edərək bəzi işbazların müxtəlif bəhanələrlə mövcud qiymətləri süni şəkildə artırmaqla qazanc əldə etməyə çalışmaları fonunda hər zaman öz tərəfdaşlarının maraqlarını düşünən “Delta Telekom LTD” MMM-in  bu addımı müştərilər üçün çox dəyərli Novruz hədiyyəsi olacaq.
 
Bu təşəbbüs həmçinin,  “Delta Telekom LTD” MMM-in hər zaman innovasiyalarla  öz müştərilərinə daha keyfiyyətli və münasib qiymətlərlə xidmətlər təklif edilməsi strategiyasının növbəti komponenti kimi nəzərdən keçirilməlidir.



Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024