12px13px15px17px
Tarix:29/03/15

Dünyada “LTE” şəbəkəsinə qoşulmaların sayı 500 milyona yaxınlaşıb

“Ovum” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin sonuna dünyada dördüncü nəsil rabitə şəbəkəsinə (4G) qoşulmaların sayı 500 milyona çatıb.
 
Bu işdə daha böyük töhfəni Şimali Amerika verir. Belə ki, 2014-cü ilin sonunda “4G” şəbəkəsinə qoşulmaların 33 faizi və ya ümumi 498 milyonun 164 milyonu bu regionun payına düşüb. Lakin ötən il ərzində yeni “LTE” abunəçilərinin sayına görə Şimali Amerika Asiya-Sakit okean regionundan çox geri qalıb. Regionların göstəricisi müvafiq olaraq 64 və 152 milyon təşkil edib. 2014-cü ildə Qərbi Avropada qlobal abunəçi bazası 141 faiz - 50 milyon istifadəçiyədək artıb.
 
Mobil Avadanlıq İstehsalçıları Assosiasiyası ekspertlərinin fikrincə, 2015-ci ilin sonunadək dünyada 450 “LTE” operatoru fəaliyyət göstərəcək.
 
Bir müddət əvvəl “OpenSignal” şirkətinin məlumatına görə, dünyada ən sürətli “LTE” interneti sürəti 18 Mbit/saniyə təşkil edən Cənubi Koreyada qurulub, - "DailyCommyazır.



Baxış sayı: 1073

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024