12px13px15px17px
Tarix:29/03/15

2020-ci ilədək smartfonlar üzərindən ödənişlər kartlar üzərindən ödənişləri tam əvəz edəcək

İnformasiya-analitik xidmətlər sahəsində fəaliyyət göstərən “Experian” şirkətinin tədqiqatına əsasən, hər üçüncü britaniyalı (rəyi soruşulmuşların 33 faizi) hesab edir ki, 2020-ci ilədək kredit və debet kartları artıq əsas ödəniş üsulu olmayacaq: smartfonlar üzərindən ödənişlər onları əvəz edəcək.

"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, sorğunun nəticəsinə görə, hərçənd ki nağd pul və kartla ödəniş əvvəlki kimi üstünlük təşkil edir, rəyi soruşulmuş respondentlərin fikrincə, yaxın beş ildə alternativ ödəniş üsullarından istifadə olunacaq. Respondentlərin 67 faizi hesab edir ki, yuxarıda göstərilmiş müddət ərzində nağd ödənişlərin populyarlığı azalacaq və beş nəfərdən ikisi hesab edir ki, kredit və debet kartlarından istifadə azalacaq.

Smartfonlar üzərindən ödənişlərin hələ ki əsas ödəniş üsulu olmamasının əsas səbəbi fırıldaqçılıq qorxusudur. Rəyi soruşulmuşların 46 faizi narahatdırlar ki, internet üzərindən ödəniş zamanı onların eyniləşdirmə məlumatları oğurlana bilər və smartfon sahiblərinin 60 faizi bildirib ki, qurğularında antivirus müdafiəsi quraşdırılmayıb.

Respondentlərin 14 faizi hesab edir ki, biometrik məlumatlardan istifadə adi hala çevrilə bilər, 44 faizi isə bildirib ki, biometrik skan etmə vasitəsilə ödəniş etməyə hazırdır.

Emil Hüseynov
 



Baxış sayı: 430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020