12px13px15px17px
Tarix:30/03/15

“Toshiba” Azərbaycan bazarına noutbuk təchizatını bərpa edir

"Toshiba" şirkəti bu aydan etibarən Azərbaycan bazarına rəsmi distributoru olan "N-LINK" şirkəti vasitəsi ilə noutbuklarının rəsmi təchizatını bərpa edir.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Toshiba" şirkətinin geniş çeşiddə istehsal etdiyi noutbuk modelləri yüksək keyfiyyəti ilə fərqlənir. Qeyd edək ki, şirkət innovasiya texnologiyaları üzrə dünya lideridir, informasiya-kommunikasiya sistemləri üçün proqressiv elektron məhsulların, rəqəmli istehlak mallarının və komponent istehsalı ilə məşğuldur.
 
Rəsmi satış kanalının açılması ilə daha sərfəli qiymətlə məhsullar təqdim ediləcək, servis mərkəzi dəstəklənəcək, beynəlxalq səviyyəli zəmanət veriləcək. Bundan başqa, istehlakçılar lokallaşdırılmış klaviaturadan və bir sıra digər bonuslardan istifadə etmək  imkanı əldə edəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024