12px13px15px17px
Tarix:30/03/15

"LG Chem" şirkəti Ağıllı Elektrik Nəqliyyatını batareya ilə təchiz edəcək

Cənubi Koreyanın “LG Chem” şirkəti “Daimler AG” avtomobil istehsalçısının 2016-cı ildə təqdim edəcəyi yeni  nəsil Ağıllı Elektrik Nəqliyyat vasitələri (Smart Electric Vehicles) üçün batareya təchizatçısı kimi  seçilib.
 
“ICTnews” xəbər xidmətinin “Reuters” saytına istinadən verdiyi xəbərə əsasən, “LG Chem” bildirib ki, Elektrik Nəqliyyat Vasitələrinin (ENV)  satış payına 100 min Smart Mini avtomobil düşür, amma o, yeni müqavilənin həcmi və qiyməti barədə məlumat verməyib.
Qeyd edək ki, “LG Chem” həmçinin “General Motors” və “Renault SA” avtomobil istehsalçılarının Elektrik Nəqliyyat Vasitələrini batareyalarla təchiz edir.
 
Aynur Vəliyeva



Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024