12px13px15px17px
Tarix:30/03/15

“Microsoft-Azərbaycan” orijinal proqram təminatına üstünlük verməyi tövsiyə edir

Pirat "Windows"-dan istifadə etmək də kompüterinizi və şəxsi məlumatlarınızı təhlükə qarşısında qoyur. Buraya kompüterin gec yüklənməsi və ləng işləməsi; poçt və sosial şəbəkələrə giriş imkanının itirilməsi; fırıldaqçılığın qurbanı olmaq; əhəmiyyətli məlumatlar saxlayan faylların itirilməsi kimi ciddi risklər daxildir.
 
Belə ki, pirat "Windows"-dan istifadə zamanı kompüterinizin sürəti 56% azalır. Şəxsi məlumatlarınız oğurlanır, çünki hər səkkizinci pirat diskdə parollar və şəxsi məlumatların oğurlanması üçün istifadə oluna bilən gizli proqram kodu var. Eyni zamanda pirat proqram təminatına quraşdırılmış casus proqramları bank hesabları, o cümlədən bank kartlarının məlumatları, telefon nömrələrini, pasport məlumatlarını toplaya və fırıldaqçılara göndərə bilir. Pirat "Windows"-dan istifadə viruslara yoluxma və xəta risklərini də xeyli artırır.
 
Buna görə də "Microsoft-Azərbaycan" orijinal proqram təminatına üstünlük verməyi tövsiyə edir. Şirkətdən qeyd edilib ki, pirat proqram təminatının istifadəsi və yayılması Azərbaycan Respublikasının 05.06.1992-ci il tarixli 115-İQ saylı "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında qanunun pozulması deməkdir.
 
  
Qeyd edək ki, "Microsoft" korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Hal-hazırda dövlət, özəl sektor və təhsil sahələri üzrə çalışan 8 əməkdaşla təmsil olunub. "Microsoft-Azərbaycan"ın əsas məramı Azərbaycanın tam potensialının həyata keçirilməsinə dəstək göstərməkdir.
 
Təmsilçiliyin məqsədi "Microsoft" korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir. Azərbaycan bazarında təklif etdiyimiz çeşidli məhsul və həllərimiz e-idarəetmə, biznesin inkişafı və təhsil sahələrində uğurla tətbiq olunur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024