12px13px15px17px
Tarix:30/03/15

Böyük Britaniyada qrafen lampalarının istehsalına başlanılıb

Britaniyanın “Graphene Lighting” şirkəti cari ilin sonuna bazara çıxarılacaq qrafen lampalarının istehsalına başlayıb. Bu lampalar qrafen əsasında hazırlanmış ilk kommersiya məhsulu olacaq.
 
“BBC” nəşri yazıb ki, innovasiya lampaları Mançester Universitetində yaradılıb. 2004-cü ildə rus əsilli Andrey Qeym və Konstantin Novoselov qrafen maddəsini kəşf edib. 2010-cu ildə alimlər bu kəşfə görə Nobel mükafatına layiq görülüblər.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Graphene Lighting” şirkətinin istehsalçıları bildiriblər ki, qrafen maddəsinin xüsusi xüsusiyyətləri hesabına yeni lampalar adi lampalarla müqayisədə daha uzun müddət işləyəcək və 10 faiz daha az elektrik enerjisi sərf edəcək. Bu halda yeni lampaların dəyəri müasir lampalarla müqayisədə aşağı olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024