12px13px15px17px
Tarix:30/03/15

Amerikalıların 40 faizi mobil bankçılıqdan istifadə edir

Bank hesabına və smartfona malik amerikalıların 40 faizi onlayn bank xidmətlərindən yararlanmaq üçün mütəmadi olaraq mobil qurğulardan istifadə edir. Bu barədə ABŞ Federal Ehtiyatlar Bankının tədqiqatında deyilir.
 
İki min doqquz yüz nəfər arasında keçirilən sorğudan məlum olub ki, ABŞ sakinlərinin əksəriyyəti (71 faiz) artıq smartfondan istifadə edir. Bir il əvvəl bu göstərici 61 faizə bərabər olub.
 
Smartfon sahiblərinin yarıdan çoxu mobil bankçılıqdan yararlanır.
 
Ən populyar əməliyyat balansın yoxlanılması və son tranzaksiyalara baxışdır. Bu əməliyyatları respondentlərin 94 faizi edir.
 
Vəsaitlərin köçürülməsi və bildirişlərin alınması da geniş yayılıb. Bundan başqa, 2015-ci ildə qəbzlərlə əməliyyatların həcmi artıb. Rəyi soruşulanların 51 faizi bu opsiyadan istifadə edib. Ötən il bu göstərici 38 faiz olub.
 
Mobil ödənişlər smartfondan malların ödənilməsi üçün son on iki ayda ən azı bir dəfə istifadə edən respondentlərin 22 faizi arasında populyardır. Ən geniş yayılmış əməliyyat növü internet sistemləri vasitəsilə hesabların ödənilməsidir. Mobil qurğu istifadəçiləri onlardan ödənişlər üçün ticarət nöqtələrində də istifadə edirlər.
 
Bundan əlavə, mobil telefonlardan ənənəvi alış-veriş zamanı internetdə qiymətlərin müqayisəsi, malların axtarılması və s. üçün istifadə olunur, - "Payspacemagazine” yazır.



Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024