12px13px15px17px
Tarix:31/03/15

“HTC” şirkəti “2K” formatlı ekranla təchiz edilmiş “One E9+” smartfonunu təqdim edib

Tayvanın "HTC" şirkəti yeni "One E9+" smartfonunu təqdim edib. Tayvan istehsalçısının istehsal xəttində "2K" formatlı ekranla təchiz edilmiş ilk telefon olub.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekran 2560x1440 piksel təsvir ölçüsünə malikdir. Qurğu, həmçinin 2,0 QHs takt tezlikli səkkiznüvəli "MediaTek MT 6795M" prosessoru, 3 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.

Əsas kameranın təsvir ölçüsü 20 meqapiksel təşkil edir, ön fotomodul "HTC Ultrapixel" texnologiyası üzrə hazırlanıb.

Aparat "SİM" kartlar üçün iki slot, "Wi-Fi 802.11 a/b/g/n/ac", "Bluetooth 4.1", "NFC" və "GPS" simsiz rabitə modulları, "BoomSound" stereodinamikası və 2800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.





Cihazın fiziki ölçüsü 156,5x76,5x7,49 mm, çəkisi 150 qram təşkil edir. Smartfon "HTC Sense 7 UI" interfeysli "Android 5.0 Lollipop" əməliyyat sistemi ilə işləyir.
Qurğunun dəyəri, həmçinin satışa çıxarılma tarixi açıqlanmayıb.

Emil Hüseynov
 



Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024