12px13px15px17px
Tarix:31/03/15

Kuba əhalisinin 50 faizi 2020-ci ilədək internetlə təmin olunacaq

Rəsmi Havana hakimiyyəti 2020-ci ilədək Kuba əhalisinin yarısını internetlə, 60 faizini isə mobil internetlə təmin etmək niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi ötən həftə Havanada ABŞ və Kuba arasında rabitə, internet və texnologiya məsələləri ilə bağlı keçirilən danışıqların yekunlarına həsr olunan brifinqdə çıxışı zamanı bildirib.
 
ABŞ administrasiyasının məlumatına görə, hazırda Kuba vətəndaşlarının yalnız 5 faizi internetə çıxış imkanına malikdir, mobil telefonlardan 11 milyon əhalinin 2 milyonu istifadə edir. Lakin Kuba hökumətinin məlumatına görə, ölkədə internetə qoşulma səviyyəsi 15 faiz təşkil edir.  
 
Brifinq aparıcısı qeyd edib ki, Kuba tərəfi internetin daxil olduğu telekommunikasiya sahəsinin inkişafına böyük səy göstərir. O, ümidvar olduğunu bildirib ki, xarici telekommunikasiya şirkətləri Havananın investisiya və xidmətlərin göstərilməsi üçün cəlbedici şərait yaradacağı təqdirdə ada dövlətində iştiraklarını genişləndirəcək.
 
Ötən həftə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratkenin dediyinə görə, martın 24-26-da Havanada keçirilən danışıqlarda ABŞ nümayəndə heyətinə kommunikasiya və informasiya sahəsində xarici siyasət üzrə əlaqələndirici Deniel Sepulved başçılıq edib.
C.Ratkeinin sözlərinə görə, görüşlər müsbət atmosferdə keçib və iki ölkə arasında telekommunikasiya və internet əlaqələrinin inkişafına həsr olunub. “Azad informasiya mübadiləsinin dəstəklənməsi məqsədilə internetə çıxış imkanlarının genişləndirilməsi siyasətimizin vacib istiqamətlərindən biridir”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb, - “TASS yazır.



Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024