12px13px15px17px
Tarix:01/04/15

“Google” şirkəti mini-kompüterini təqdim edib

“Google” şirkəti “Chrome OS” “bulud” platforması əsasında işləyən “Chromebit” mini-kompüterini təqdim edib. Cihaz “HDMI” portu vasitəsilə televizor, monitor və ya proyektora qoşula bilir.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Google” ilə bir neçə layihə üzərində işləmiş “Asus” şirkəti “Chromebit” istehsalı ilə məşğul olur. Brelok formasında hazırlanmış fərdi kompüter əvvəldən maksimal dərəcədə yığcam hazırlanıb.
 
Yeni cihazın çəkisi təxminən 90 qramdır, “HDMI” konnektor və “USB” porta malikdir. Qurğu dördnüvəli “Rockchip 3288 ARCM” prosessoru, “Mali 760” qrafikası, 2 QB əməli yaddaş, 16 QB-lıq fləş yaddaş, “Wi-Fi 801.11ac” və “Bluetooth” modulları ilə təchiz edilib.
 
Üç rəng tərtibatında hazırlanacaq “Chromebit” mini-kompüteri cari ilin yayında çıxarılacaq. Qurğunun dəyəri açıqlanmayıb.
 
Emil Hüseynov



Baxış sayı: 895

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024