12px13px15px17px
Tarix:01/04/15

Belarus nümayəndə heyəti "Aztelekom" İB-də olub

Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti "Aztelekom" İB-də olub. Görüşdən öncə nazirin başçılıq etdiyi nümayəndə heyəti ulu öndər Heydər Əliyevin büstünə gül qoyub,xatirəsini ehtiramla yad ediblər.

Sonra belarus nümayəndə heyəti ilə "Aztelekom" İB-nin rəhbər heyətinin görüşü başladı.

Tədbiri giriş sözü ilə açan " Aztelekom "İB-nin Baş direktoru Məhəmməd Məmmədov nazir Sergey Popkovu və nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında olan dostluqdan ,qarşılıqlı tərəfdaşlığın inkişafından ,"Aztelekom" İB-də keçirilən görüşün xoş məramından danışıb.

Baş direktor bildirib ki, Azərbaycan – Belarus arasında İKT və rabitə sektoru sahəsində yüksək münasibətlər qurulub. Cari il "Aztelekom" İB-nin xidmət ətazisində qurulan " Fibertest" fasiləsiz nəzarət sistemi magistral kabellərə nəzarəti daha da gücləndirəcək və əlavə vaxt və əlavə xərcləri minimuma endirəcək. "Aztelekom" İB-nin Marketinq və Satış departamentinin rəisi Razi Tağıyev "Aztelekom" İB-də tətbiq edilən yenilikləri qonaqlara təqdim etdi. Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov görüşdən məmnunluğunu ifadə edərək,iki ölkə arasında ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

O bildirib ki, iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsindəki əlaqələr bundan sonra daha da inkişaf edəcək. Qərara alınıb ki, qarşılıqlı işgüzar münasibətlərin həyata keçirilməsi üçün səylər bundan sonra da yüksək templə aparılsın.


Tədbirin sonunda belaruslu nazirə və nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.




Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024