12px13px15px17px
Tarix:01/04/15

“Microsoft” şirkəti “Surface 3” planşetini təqdim edib

“Microsoft” şirkəti “Surface 3” planşetini nümayiş etdirib. Yeni model “Surface” layihəsinin bloqunda ətraflı təsvir edilib.

“Microsoft Surface 3” cihazı “Surface Pro 3” planşetinin ucuz versiyasıdır. Yeni qurğu 1920x1080 nöqtə təsvir ölçülü 10,8 düym diaqonallı ekranla təchiz edilib. Planşet 1,6 QHs takt tezlikli dördnüvəli “Intel Atom x7” prosessoru, 4 və ya 8 QB tutumunda əməli yaddaş, həmçinin 64 və ya 128 QB tutumunda daxili yaddaşla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, planşet, həmçinin 8 meqapiksel təsvir ölçülü əsas kamera, ön kameranın təsvir ölçüsü 3,5 meqapiksel təşkil edir. Qurğunun daxili batareyasının tutumu bildirilməyib, ancaq istehsalçı bəyan edib ki, planşet videoya baxış rejimində 10 saat müddətində avtonom işləyə bilər.

Planşetin çəkisi 622 qram təşkil edir, qalınlığı 8,7 millimetrdir. “Surface 3” planşeti “Windows 8,1” əməliyyat sistemi ilə işləyir, “Windows 10” platformasının çıxarılmasından sonra ödənişsiz yeniləmə əlçatan olacaq.

Emil Hüseynov



Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024