12px13px15px17px
Tarix:01/04/15

İstifadəçilərin 75 faizdən çox hissəsi öz fərdi məlumatlarını rəqəmli formatda yadda saxlayır

“Acronis” şirkəti adi istifadəçilər arasında keçirilmiş sorğunu yekunlaşdırıb. Tədqiqata əsasən, adi istifadəçilərin öz kompüter və mobil qurğularında informasiyanın mühafizə edilmə dərəcəsi məlum olub. Ümumilikdə sorğunun nəticələri müasir dünyada məlumatların mühafizəsinin vacibliyini göstərib.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, sorğuya əsasən, istehlakçıların 75 faizdən çoxu öz fərdi məlumatlarını rəqəmli formatda yadda saxlayırlar. Respondentlərin 50 faizindən çoxu iddia edir ki, onların məlumatları qurğularla müqayisədə daha qiymətlidir və onu mühafizə etmək ehtiyacını dərk edirlər. Sorğunun nəticələrinə əsasən, öz şəxsi fotoşəkillərini itirmiş istehlakçılar telefon, kompüter və ya planşet itkisi ilə müqayisədə üç dəfə daha çox məyus olurlar.
 
Tədqiqata əsasən, istifadəçilərin öz rəqəmli məlumatlarını qiymətləndirmələrinə baxmayaraq, onlar məlumatların bütövlüyünü təmin etmək üçün az səy göstərirlər. Belə ki, rəyi soruşulmuş istifadəçilərin 50 faizdən az hissəsi öz məlumatlarını xarici qurğu və ya "bulud" platformalarında yenidən yadda saxlayırlar; digərləri fərdi məlumatlarını yalnız öz kompüterində yadda saxlayırlar.
 
Ehtiyat köçürmə sistemindən istifadə edənlərin yalnız 33 faizi öz rəqəmli mühitini tamamilə qoruyur, digərləri sadəcə bəzi faylları köçürür.
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024