12px13px15px17px
Tarix:01/04/15

“Philips” yaşlı insanlar üçün telefon təqdim edib

Yaşlı insanlar çox vaxt mobil telefonlardan istifadədə çətinlik çəkirlər. “Philips” şirkətinin yeni “Xenum E311” telefonu bu işdə onlara kömək olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni qurğu "yaşlılar üçün telefon"a xas bütün xüsusiyyətlərə malikdir. Ən əsası odur ki, telefonun fiziki düymələri böyükdür. Yığılmış rəqəmlərin səsləndirilməsi funksiyası mövcuddur. 320x420 piksel təsvir ölçülü ekranın diaqonalı 2,4 düym təşkil edir və ekran şriftlərinin ölçüsü çox iridir. Bundan başqa, istənilən vaxt ekranda ayrı-ayrı elementləri böyüdən xüsusi lupanı aktivləşdirmək olar.
 
“Philips” şirkətinin nümayəndəsi bildirib ki, telefon gözləmə rejimində avtonom iki ay, danışıq rejimində təxminən bir gün işləyəcək.
 
Bəzi yaşlı insanlar eşitmə problemlərinə  görə, sadəcə, telefonun çağırış siqnalını eşitmirlər. Bunun üçün “E311” telefonuna gursəsli dinamik quraşdırılıb.
 
Yeni telefon radionu qulaqlıqsız dinləmək üçün daxili antenaya malikdir. Bundan başqa, gur işıqlı fənər də var: o, korpusda ayrıca düymənin köməyi ilə işə salınır. Telefon söndüyü halda belə fənərdən istifadə mümkündür.
 
Telefonda, həmçinin həyəcan düyməsi var. Fövqəladə hallarda telefonun yaddaşına əlavə edilmiş üç nömrə avtomatik yığılır. Nömrəyə zəng çatmadıqda SMS göndərilir. Telefon eyni anda iki “SİM” kart dəstəkləyir. Cihaz apreldə satışa çıxarılacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024