12px13px15px17px
Tarix:01/04/15

Ukrayna ilə Azərbaycan arasında gömrük sahəsində informasiya texnologiyalarının tətbiqi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Ukrayna ilə Azərbaycan arasında gömrük sahəsində kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, əməliyyat-axtarış fəaliyyəti, “bir pəncərə” prinsipinin tətbiqi üzrə birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
 
Müzakirələr Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ukrayna Ali Radasının gömrük və vergi məsələləri üzrə komitəsinin sədri Roman Nəsirov arasında keçirilib.
 
Komitədən bildirilib ki, qonaq DGK-də “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir.
 
Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də onlayn şəklində “Hədəf” Mərkəzinə daxil olur.
 
Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024