12px13px15px17px
Tarix:01/04/15

45 il əvvəl bu gün “Apple” şirkəti təsis edilib

1970-ci illərin ortalarında Kaliforniyada Stiv Cobs və Stiv Voznyak tərəfindən "Apple Computer Company" şirkəti təsis edilib. 1976-cı ildə istehsal edilmiş "Apple I" ilk proqramlaşdırılmış mikrokompüter deyil, birincilik hüququ Ed Roberts tərəfindən hazırlanmış "Altair 8800" mikrokompüterinə məxsusdur.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ilk vaxtlar “Apple Computer” şirkətinin işləri daha yaxşı gedirdi, amma ötən əsrin 80-ci illərinin sonlarında vəziyyət kəskin pisləşib. Şirkətin zərəri təxminən 2 milyard dollar təşkil edib. O zaman şirkətin həmtəsisçisi Stiv Cobs işdən çıxarılıb, amma 1997-ci ildə o geri qayıdıb.

Stiv Cobs şirkəti dirçəltməyə müvəffəq oldu. O, 2001-ci ildə “iPod” pleyerini təqdim edib. Bir neçə il sonra “iPod” pleyerlərinin satışı şirkətin əsas gəlir mənbəyinə çevrilib. “Apple” şirkəti Cobsun rəhbərliyi altında 2006-cı ilə fərdi kompüter bazarında öz mövqeyini xeyli möhkəmləndirib. Daha sonra “iPhone”, “iPad” və “Apple Watch” qurğuları təqdim edilib.

Emil Hüseynov



Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024