12px13px15px17px
Tarix:02/04/15

Böyük Britaniya kontaktsız ödənişlər üzrə liderdir

Böyük Britaniyada kontaktsız ödənişlər tədricən kütləviləşir. Zamanla britaniyalılar nağd hesablamalardan mikroçiplə təchiz edilmiş kartlara keçirlər.
 
"ICTnews" elektron xəbər xidməti “json.tv” saytına istinadən bildirir ki, “Timetric” tədqiqat şirkətinin analitikləri bildiriblər ki, kontaktsız ödəmə alətlərindən istifadə alış-verişin orta dəyərinin artımına imkan yaradır. Hazırda Britaniyada mikroçiplə təchiz edilmiş 60 milyon kart mövcuddur.
 
Müxtəlif ticarət şəbəkələri, poçt şöbələri və nəqliyyatda çiplə təchiz edilmiş kartlardan istifadə edilir. Kontaktsız ödənişlər pərakəndə ticarət sahəsində yeni tendensiyaya çevrilib.
 
Ekspertlər əmindirlər ki, 2015-ci ildə bu növ ödənişlərin yayılma tempi sürətlənəcək. İlin sonunadək hələ təxminən 20 milyon kontaktsız kart buraxılacaq. Yaxın beş ildə texnologiyaya kartlarla əməliyyat edilməsini artıracaq.
 
Emil Hüseynov



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024