12px13px15px17px
Tarix:02/04/15

Çin “Apple”ı yeni məhsullarını təqdim edib

Çinin "Xiaomi" şirkəti öz beşilliyi ilə əlaqədar beş yeni məhsul təqdim edib: Bunlar yeni rəng tərtibatında "Xiaomi Mi Note" planşetofonu, yeni ucuz "Redmi 2A" smartfonu, "Smart Scale" elektron tərəzisi, yeni "Mi TV 2" televizoru və "Smart Socket" uzadıcısıdır.
 
Yeni planşetofon modelinin tam adı "Xiaomi Mi Note Pink Edition" adlanır.  Bu aparat çəhrayı rəngdədir. Başqa yenilik yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, yeni ucuz "Redmi 2A" smartfonunun dəyəri təxminən 97 dollar təşkil edir.
 
"Redmi 2A" smartfonu 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli "Leadcore LC1860" prosessoru, " Mail T628MP2" qrafik sürətləndiricisi, 1 QB əməli yaddaş, 8 QB daxili yaddaş ("microSD" yaddaş kartını dəstəkləyir), 8 meqapiksellik əsas kamera və 2 meqapiksellik ön kamera, "SİM" kartlar üçün iki konnektor, "LTE" texnologiyası və 2200 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.
 
Yeni televizor modeli "4K" formatlı 55 düymlük ekranla təchiz edilib. Şirkət "Samsung" istehsalının maye kristal panelindən istifadə edib. Televizor 1,4 QHs takt tezlikli dördnüvəli "Cortex A17" prosessoru, 2 QB-lıq əməli yaddaş, 8 QB daxili yaddaşla təchiz edilib və "Dolby" texnologiyasını dəstəkləyən 8 dinamika ilə təklif edilir.
 
Yeni televizor Çində 806 dollara satışa çıxarılacaq.
 
"Smart Scale" elektron tərəzi bazardakı başqa müvafiq məhsullara (məsələn, "Fitbit Aria") oxşardır. Elektron tərəzi "Mi Fit" mobil proqramı ilə "Bluetooth" üzrə sinxronlaşdırılır. Yeni  qurğu təxminən 16 dollar qiymətinə satışa çıxarılacaq. Müqayisə üçün, "Fitbit Aria" qurğusunun dəyəri 100 dollardan yüksəkdir.
 
Nəhayət, "Smart Socket" uzadıcısı Avropa və ABŞ daxil olmaqla üç elektrik çəngəli standartına uyğun üç elektrik rozetkası ilə təchiz edilib.
 
Emil Hüseynov
 



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024