12px13px15px17px
Tarix:02/04/15

Bütün dünyada mobil əməliyyatların çox hissəsi smartfonların payına düşür

Bütün dünyada elektron ticarət əməliyyatlarının 33 faizindən çoxu mobil qurğuların payına düşür. Hazırda mobil qurğular arasında smartfonlar liderlik edir.

Bu haqda rəqəmli platformalar üçün reklam texnologiyaları sahəsində dünya liderlərindən biri “Criteo” şirkəti məlumat yayıb. Sözügedən şirkət 2015-ci ilin birinci rübü üzrə mobil kommersiyanın vəziyyəti haqda öz hesabatını təqdim edib. Bu, o deməkdir ki, gələcəkdə elan verənlərin uğuru potensial alıcılara saytın cəlbedici mobil versiyasını təklif etmək qabiliyyətindən asılıdır.


"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, “Criteo” şirkətinin hesabatının nəticələri qlobal miqyasda ümumi dəyəri 160 milyard dollardan çox təşkil edən əməliyyatlar səviyyəsində fərdi məlumatların təhlilinə əsaslanıb. Əsas nəticələr aşağıdakılardır:
  • Son üç ayda ABŞ-da mobil əməliyyatların payı 10 faiz yüksəlib.
  • Smartfonlar liderlik edir. Almaniya və Böyük Britaniya istisna olmaqla, ABŞ və başqa ölkələrdə mobil əməliyyatların əksəriyyəti smartfonlar üzərindən edilir.
  • 2015-ci ilin sonunadək elektron ticarətdə mobil əməliyyatların payı ABŞ-da 33 faiz və bütün dünyada 40 faizə çatacaq.
Emil Hüseynov
 



Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024