12px13px15px17px
Tarix:03/04/15

Avropalılar hansı mobil əməliyyat sisteminə üstünlük verirlər?

“Kantar Worldpanel ComTech” analitik şirkətinin analitikləri smartfonlar üçün qlobal əməliyyat sistemləri (ƏS) bazarındakı vəziyyəti izləməyə davam edirlər.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Avropada yerli sakinlər tərəfindən satın alınmış smartfonların 67.6 faizi “Android” əməliyyat sistemi ilə işləyir ki, bu da ötən illə müqayisədə 2,9 faiz aşağı göstəricidir. “iOS” mobil platformasının göstəricisi, əksinə, 2,9 faiz yüksəlib. Bu, yalnız Avropanın beş ən böyük ölkəsinə (İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Almaniya) aiddir.
 
Britaniya bazarını nümunə gətirən “Kantar Worldpanel ComTech” şirkətinin analitiki Dominik Sanebo bildirib ki, “Samsung” şirkəti yeni “Galaxy S6” və “S6 Edge” qabaqcıl modelləri üçün tədarük kanalı hazırlayıb. 2014-cü ilin dekabrından 2015-ci ilin fevralınadək müddətdə “Galaxy S5” smartfonunun satış həcmi bir az yüksəlib və Avropa bazarının 8.7 faizinə yiyələnərək populyarlığa görə “iPhone 6”-dan sonra ikinci pilləni tutub.
 
“Kantar Worldpanel ComTech”in məlumatına görə, istehlakçıların 48 faizi “iPhone 6” smartfonunun etibarlılığını və konstruksiyasının möhkəmliyini qiymətləndirib, respondentlərin 44 faizini isə qurğunun dizaynı cəlb edir.
 
Analitiklər insanların “Windows Phone” ilə işləyən smartfonlara münasibəti haqda məlumat verməyiblər. Bu qurğular Avropa bazarının 10.1 faizinə yiyələniblər.
 
“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal smartfon bazarının həcmi 1,17 milyard aparat təşkil edib ki, bu da  2013-cü il üzrə göstəricilərdən 26 faiz yüksək nəticədir.
 
Emil Hüseynov



Baxış sayı: 923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024