12px13px15px17px
Tarix:03/04/15

Elektron ödəniş alətləri və xidmətlərindən istifadə vərdişlərinin formalaşdırılması məqsədilə universitetlərdə seminarlar keçiriləcək

Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində Mərkəzi Bank (MB) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
 
 MB-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, sözügedən sahədə kompetensiyaların yüksəldilməsi, eyni zamanda elektron ödəniş alətləri və xidmətlərindən istifadə vərdişlərinin formalaşdırılması məqsədi ilə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti üçün “Nağdsız hesablaşmalar” mövzusunda seminarların keçirilməsi nəzərdə tutulur.
 
 
Bununla əlaqədar olaraq Azərbaycan Universitetində seminar təşkil edilib.
 
Təqdimat zamanı ödəniş sistemləri və onların iqtisadiyyatda rolu, Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bankın ödəniş sistemlərinin inkişafında rolu, nağdsız hesablaşmalar, pulköçürmələri, habelə nağdsız hesablaşmaların üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
 
 
SEYMUR



Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020