12px13px15px17px
Tarix:03/04/15

Xələf Xələfov: “Azərbaycan ilə Estoniya arasında yüksək texnologiyalar sahəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var”

Azərbaycan və Estoniya xarici işlər nazirlikləri arasında bir sıra sahələr üzrə siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə iki ölkə arasında yüksək texnologiyalar sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və iş birliklərinin yaradılması istiqamətində müzakirələr aparılıb.
 
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, sözügedən məsləhətləşmələrlə bağlı xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş düzənlənib. X.Xələfov Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
 
 
Azərbaycan ilə Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən Paul Teesalu  iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən Paul Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.
 
 
Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən P.Teesalu qarşılıqlı maraq doğuran sahələrdə ortaq layihələrin reallaşdırılmasından hər iki ölkənin müsbət nəticələr əldə edəcəyinə inamını ifadə edib. Birinci Avropa Oyunlarının keçirilməsində  ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
 
 
SEYMUR
 



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024