12px13px15px17px
Tarix:03/04/15

“Google”: “Android” mobil platformasında virusların sayı iki dəfə azalıb

“Google” şirkəti 2014-cü il üzrə “Android” platforması üçün zərərli proqramların sayını açıqlayıb. Hesabata əsasən, bir ildə zərərli koda malik proqram quraşdırmalarının sayı 50 faiz azalıb, smartfon və planşetlərin 1 faizi müxtəlif növ virus yoluxmalarına məruz qalıb.
 
"ICTnews" elektron xəbər xidməti “iguides.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə “Android” mobil platformasında 79 müxtəlif boşluq aşkar edilib. Bu boşluqların hamısı “Android 4.4” və “Android 5.0” versiyalarında düzəldilib. Hazırda “Android” platformasının aktual versiyası heç vaxt olmadığı kimi təhlükəsizdir.
 
“Google”un nümayəndəsi dəfələrlə vurğulayıb ki, “Android” təhlükəsiz mobil əməliyyat sistemidir, sadəcə, populyarlığına görə haker hücumuna məruz qalır.
 
Emil Hüseynov



Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024