12px13px15px17px
Tarix:03/04/15

“E-pul” kartdan karta pul köçürənlərin işini asanlaşdırıb

“E-pul” elektron ödəniş xidməti istifadəçilər üçün kartdan-karta pul köçürmə imkanı yaradıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, pulköçürmə xidmətindən  yaralanmaq üçün “e-pul.az” saytında istifadəçi səhifəsinə daxil olaraq “Kartdan-karta” bölməsini seçmək lazımdır.  Açılan pəncərədə “Qəbul edənin kart nömrəsi”, “Bitmə tarixi”,  “Məbləğ (maks 1000 AZN)” və “Məbləğ komissiya ilə” xanalarını doldurmaq tələb olunur. Qeyd edək ki, komissiya 1.5 faiz, minimum 1 AZN təşkil edir. Sonra isə “Ödəniş et” düyməsinə klik edilməlidir.
 
Məlumat üçün bildirək ki, “Kartdan karta” bölməsində  Azərbaycanın bütün bank kartlarından “Bank of Baku” və “Millikart” prosessinq sisteminə aid olan kartlara pulköçürmələri etmək mümkündür. 
 
CAHANGİR
 



Baxış sayı: 1051

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024