12px13px15px17px
Tarix:06/04/15

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə veb-brauzerlərin təhlükəsizliyini təmin etməyi tövsiyə edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi istifadəçinin xəbəri olmadan bədniyyətlilər tərəfindən kompüterə yüklənmiş, məlumatların oğurlanmasına səbəb ola bilən ziyanverici proqramlar təhlükəsindən müdafiə olunmaq üçün veb-brauzerlərin təhlükəsizliyini təmin etməyə çağırır.
 
Mərkəzin tövsiyəsində deyilir ki, ilk olaraq istifadə etdiyiniz veb-brauzerin təhlükəsizlik sazlamalarını gücləndirin.
 
Brauzerinizin təhlükəsizlik, gizlilik və məzmun bölmələrindəki parametrlərini yoxlayın və əmin olun ki, onlar uyğun səviyyədə qurulub. Təhlükəsizliyin artırılması müəyyən saytların funksionallığına təsir göstərə bilər.
 
Brauzerin keş yaddaşını tez-tez silin.
 
Veb-brauzerdə JavaScript, Java and ActiveX idarə ediciləri deaktiv edin. Funksionallığı artırmaq və ya dizayna müəyyən əlavələr etmək üçün, veb-saytlar veb brauzerdəki proqramların idarə edilməsi məqsədilə əlavələr (plugin), əmrlər (script) və idarə edicilərə etibar edirlər. Lakin təəssüf ki, bu əlavələr, əmrlər və idarə edicilər proqramlaşdırma səhvlərinə malik ola bilər ki, bu da bədniyyətliyə istifadəçinin kompüterinə ziyanverici proqram yükləməyə və idarə etməyə imkan verir.
 
CAHANGİR



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024